Azərbaycan, Bakı, 05 fevral / " , müxbir S.Əliyev/ "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti abunəçilərə paylanması üçün QSC-yə verilən qazın aşağı keyfiyyət məsələsi ilə bağlı Azərbaycanın Sənaye və Energetika Nazirliyinə müraciət edib. Bu barədə çərşənbə axşamı nazirlikdən məlumat verilib.
"Azəriqaz"ın müraciətində qazın aşağı keyfiyəti - yüksək rütubətliliyi və karbohidrogen franksiyasının ağırlığı səbəbindən, qazın tədarük olunduğu boru kəmərlərinin yararsız vəziyyətə düşdüyü qeyd olunub. Onlarda korroziya tez başlanır və ağır karbohidrogen çöküntüsü yaranır, ölçü və digər cihazlar sıradan çıxır.
Nazirlikdən bildiriblər ki, bu məsələyə baxılacaq və nəticə çıxarılacaq.
Azərbaycan hökumətindən bildiriblər ki, bu gün "Azəriqaz"ın nəqliyyat sisteminə təxminən 30 mln. kub metr qaz daxil olur. Yanacağın bir hissəsi Səngəçal ("Azəri"-"Çıraq"-"Günəşli" yatağıından hasil olunan səmt qazı və "Şah Dəniz" yatağından əldə olunan təbii qaz) terminalından xarici şirkətlərə verilir. Bu qaz terminalda qaz qurudan qurğuda xüsusi emal prosesi keçir. Qazın digər hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) verilir və onun müstəqil işlətdiyi yataqlardan hasil olunur. ARDNŞ qazının böyük hissəsi həmçinin şirkətin balansında olan Azərbaycan Qaz Emalı Zavodundan keçir.
Yanacağın yalnız cüzi hissəsi, təxminən sutkada 3 mln. kub metri QSC sisteminə təmizlənməmiş daxil olur. Bu qaz ARDNŞ-ın dəniz yataqlarından hasil olunur və sahilə göndərilir. "Lakin bu həcm "Azəriqaz"ın yenidən qurulması gərək olan qaz nəqliyyatı sisteminə əhəmiyyətli təsir göstərə bilməz" - deyə hökumətdən bildiriblər.