...

Türkiyə Egey dənizində quyu qazmağa başlayıb

Energetika Materials 5 Fevral 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir A.Bədəlova/ Türkiyənin TPAO dövlət şirkəti Egey dənizində yerləşən Saros körfəzində quyu qazmağa başlayıb. "Ihlas" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika naziri Hilmi Gülər məlumat verib.

"Energy Intelligence Group" yazır ki, şirkət rəhbəri Mehmet Uysalın sözlərinə görə, TPAO Braziliyanın "Petrobras" şirkəti ilə birlikdə ötən il Qara dənizin Türkiyə hissəsində seysmoloji araşdırmaları başa çatdırıb. 2009-cu ilə nəzərdə tutulan qazma işləri tez başlayacaq.

Ötən il TRAO dənizdə kəşfiyyat araşdırmalarının aparılması üçün iki tender elan etmişdi.

Onlardan biri Kipr rəhbərliyinin tənqidinə məruz qaldı. Bu, Türkiyənin Kiprə məxsus dəniz affşor zonasına daxil ola biləcəyi ilə əlaqələndirilirdi. Əvvəllər Türkiyə də Kipr tərəfindən həyata keçirilən tenderlərə etiraz edib.

Xəbər lenti

Xəbər lenti