...

Qazaxıstan tranzit tarifini qiymətlərin qalxmasına proporsional surətdə artırıb - "Samruk" Holdinqin idarə heyətinin sədri

Energetika Materials 6 Fevral 2008 17:57 (UTC +04:00)

Qazaxıstan, Astana,06 fevral/ Trend , müxbir K.Konırova/ Mərkəzi Asiya respublikaları Rusiyanın "Qazprom" şirkəti üçün qazın alış qiymətini $140-145/1 min kubmetrədək artırıblar və bu qiymətin strukturunda artıq Qazaxıstan ərazisi vasitəsilə qazın nəqli payı da var. "Dövlət aktivlərinin idarə edilməsi üzrə "Samruk" Qazaxıstan holdinqi" SC-nin idarə heyətinin sədri Kanat Bozumbayev çərşənbə günü Trend -ın Astanadakı xüsusi müxbirinə bildirib.

"KazTransQaz" (KTQ) alış qiymətinin qalxmasına proporsional olaraq, tranzitə görə qiymətlərin artırılmasını elan edib. Bozumbayev KTQ-nin böyük həcmdə qazın nəqli ilə əlaqədar olaraq, magistral qaz kəmərlərinin saxlanılması xərclərinin artdığını bildirib.

"Bu normaldır, bu KTQ-nin "Qazprom" ilə müqavilə münasibətləridir və heç bir problem yoxdur", - o bildirib. Son istehlakçılar üçün qazın qiymətlərinin mümkün dəyişməsinə toxunan SC-nin idarə heyətinin sədri onun, bütün qiymətlər kimi, bazar tərəfindən nizamlanacağını qeyd edib.

"KazTransQaz" SC (Qazaxıstanın "KazMunayQaz" neft-qaz şirkətinin törəmə qaz nəqli şirkəti) "Qazprom" üçün Qazaxıstan ərazisindən keçən Mərkəzi Asiya və Rusiya qazının tranzitinin tarif dərəcələrini 21,4 faiz artırıb. Əvvəllər tranzit tarifi 100 km.-də $1,1/1 min kubmetr təşkil edirdi. Yeni tarif $1,4/1 min kubmetr təşkil edir.

"Antanta Kapital"-ın analitiki Timur Xayrlulinin rəyinə görə, Qazaxıstan ərazisindən keçən Mərkəzi Asiya qazı üçün tranzit tariflərinin artırılması haqda xəbər "Qazprom" üçün neytraldır. "Qazprom artan xərcləri Mərkəzi Asiya qazının son istehlakçısı olan Ukraynanın üzərinə qoya bilər", - o bildirib.

2008-ci ildə Ukrayna üçün qazın qiyməti 1 min kubmetrinə görə $179,5 ölçüsündə müəyyən edilib. 2007-ci ilin sonunda "Qazprom" və Ukrayna arasında danışıqların yekununda Ukrayna ərazisindən keçən qazın 100 km.-də 1 min kubmetr üçün qazın tranzit dərəcəsinin 2007-ci ildəki $1,6-dan 2008-ci ildə $1,7-dək artırılması haqqında qərar qəbul edilib.

"Bundan əlavə, tranzit tarifinin yeni səviyyəsi bazar səviyyəsindən aşağıdır. "Qazprom" Avropa ölkələrinə 100-də 1 min kubmetr qazın tranzitinə görə, $2-3 ödəyir", - Xayrulin əlavə edib.

2008-ci ildə Qazaxıstan ərazisindən Rusiya qazı tranzitinin planlaşdırılan ümumi həcmi 47 mlrd.-ı keçir. Mərkəzi Asiya qazının həcmi isə, 54 mlrd. kubmetrdən çoxdur.

Xəbər lenti

Xəbər lenti