...

Yanvarda Azərbaycanda bitum istehsalı artıb

Energetika Materials 7 Fevral 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral / Trend / 2008-ci ilin yanvar ayında Azərbaycanda 5,95 min ton bitum istehsal olunub. Bu barədə Respublika Dövlət Neft Şirkətindən məlumat verilib. Göstərilən həcm bu dövr üçün proqnozlaşdırılandan 56,2 faiz, yəni 7,65 min ton azdır.Ötən ilin yanvar ayında bitum istehsalı 5,8 min ton təşkil edib. Bu, cari ilin analoji göstəricisindən 0,15 min ton, yəni 2,6 faiz azdır.

2007-ci ildə bitum istehsalı 183 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti