...

"Bakıelektrikşəbəkə" ASC Bakının elektrik paylayıcı şəbəkələrinin gücünü 2650 mVt-dək artırıb

Energetika Materials 8 Fevral 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral/ " müxbir S.Əliyev/ 2006-cı ilin sonundan Bakının elektrik paylayıcı şəbəkələri "Bakıelektrikşəbəkə" ASC-nin idarəsinə verildikdən sonra onların gücü təqribən 1000 mVt artırılaraq 2650 mVt-a çatıb. Bu barədə cümə günü "Bakıelektrikşəbəkə"nin rəhbəri Baba Rzyaev mətubat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu, Bakıda hədsiz yüklənməylə bağlı yaranan elektrik enerjisinin kəsilməsi problemlərini tam həll etməyə imkan verib. Hazırda "Bakıelektrikşəbəkə" paylayıcı şəbəkələrin və yarımstansiyaların yenidənqurulmasını davam etdirir.

"ASC öz işini qəbul edilən inkişaf proqramı üzrə qurur. O, şəbəkələrin analizi və bərpası, onların gücünün inkişaf etdirilməsi və artırılması, yeni texnologiyaların tətbiqi və ixtisaslı kadrların hazırlanması kimi istiqamətləri özündə birləşdirir" - Rzayev bildirib.

Rzayevin sözlərinə görə, hazırda "Bakıelektrikşəbəkə" elektrik enerjisini Azərenerji SC-dən, beş istiqamətdən 110 kilovoltluq xətlərlə alır və Bakıda elektrik enerjisini paylayır. Beş xətdən üçü "Bakıelektrikşəbəkə" tərəfindən tam olaraq yenidən qurulub. Xırdalan-III və Xırdalan-IV xətlərinin yenidən qurulması nəticəsində onların gücü iki dəfə artıb. Muşfiq və Salaxana yarımstansiyaları arasındakı xətlərin yenidən qurulması nəticəsində onların gücünü 70 faiz artırmaq mümkün olub. Üç 110 kilovoltluq yarımstansiya, böyük miqdarda 35/10/6 kilovoltluq yarımstansiya, 274 transformator təmir edilib. Bundan əlavə, 300-dək yeni transformatorun qurulduğu Bakı kəndlərində də nəzərəçarpacaq dərəcədə işlər görülür.

Rzayevin sözlərinə görə, Bakın İcra Hakimiyyəti "Bakıelektrikşəbəkə"nin təqdim etdiyi yeni yarımstansiyaların dizaynını təsdiqləyib. Bu yarımstansiyalar Bakıda tikiləcək.

"Bakıelektrikşəbəkə" özünün yüksək ixtisalı kadrlarını hazırlamaq üçün tədris mərkəzi yaradıb. Bu mərkəzdə elektrik enerjisi sahəsində ən yaxşı müəllimlər çalışırlar.

Xəbər lenti

Xəbər lenti