...

Azərbaycanda 26 neft-qaz müqaviləsi üzrə investisiyaların həcmi açıqlanıb

Energetika Materials 29 Fevral 2008 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend / Neft-qaz yataqları və perspektivli strukturların kəşfiyyatı, işlənməsi və bərpa edilməsi üçün Azərbaycanda imzalanan 26 müqavilə üzrə yatırılan investisiyaların həcmi təxminən 24 mlrd. dollar təşkil edir. Bu barədə "Vışka" qəzetinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib. Bu müqavilələrdən 15-i dəniz, 11-i isə quru yataqları və perspektivli strukturlar üzrə imzalanıb.

Yusifzadənin bildiridiyinə görə, müqavilə sahələrində əldə olunan effektivlik Azərbaycanda neft və qaz ehtiyatlarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb. 1994-cü ildən "Azəri-Çıraq-Günəşli", "Şah Dəniz", "Qarabağ" və "Əşrəfi" yataqlarında neft, qaz və kondensat ehtiyatları üzrə 1 mlrd. 725,8 mln. ton həcmdə artım qeydə alınıb.

Yusifzadə bildirib ki, bu göstərici sovet dövründə 1 metr kəşfiyyat qazmasının payına düşən effektivliyi 17 dəfə üstələyir.

Xəbər lenti

Xəbər lenti