Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir K.Ramazanova/ NATO Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə enerji obyektlərinin müdafiə olunmasında yardım göstərməyə hazırdır. Bu barədə cümə günü Bakıda jurnalistlərə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simons bildirib.
"Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün çox mühüm məsələdir" - deyə Simons bildirib.
Lakin Simons qeyd edib ki, NATO yalnız bu məsələdə köməklik göstərə bilər, ümumilikdə isə dövlət ölkə üzrə təhlükəsizliyə görə özü məsuliyyət daşıyır.
Bu gün Azərbaycanda iri energetika obyektləri arasında Səngəçalda neft-qaz terminalı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk boru kəmərləri və Bakı-Subsa, Cənubi Qafqaz qaz kəmərləri mövcuddur.