...

"Kaspmornefteflot" "Qurban Abbasov" gəmisinin təmiri ilə bağlı tender elan edib

Energetika Materials 1 Aprel 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması "Qurban Abbasov" gəmisinin təmiri üçün ehtiyat hissələrinin alınması ilə bağı açıq tender elan edib. Bu barədə ARDNŞ-ın məlumatında bildirilir.

Müqavilə imzalandığı vaxtdan sonra, üç ay müddətində avadanlıq və ehtiyat hissələrinin yükalan müəssisəyə göndərilməsi tələb olunur. Ehtiyat hissələri və avadanlığın qiyməti yük göndəriləndən sonra bir il ərzində hissələrlə ödəniləcək.

Tenderdə iştirak etmək istəyənlər 2008-ci il mayın 6-dan gec olmayaraq, iştirak haqqında müraciət və digər sənədləri "Kaspmornefteflot"a təqdim etməlidirlər.

Təkliflərin qəbul olunmasında əsas üstünlük bu meyarlara veriləcək: ehtiyat hissələrinin qiyməti, gəmilərin ehtiyat hissələrilə təmin edilməsində spesifik təcrübə, göndərilmə müddəti .

Tender təklifləri 2008-ci il mayın 14-nə qədər qəbul olunacaq və 2008-ci il mayın 15-i saat 11-də (Bakı vaxtı ilə) "Kaspmornefteflot"un binasında açılacaq.

Xəbər lenti

Xəbər lenti