...

Ötən il ödəmə balansı üzrə ixrac strukturunda neft və neft məhsulları dominant vəziyyətini saxlayıb

Energetika Materials 1 Aprel 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir İ.Xəlilova / Ötən il ərzində Azərbaycandan 20 mlrd. dollarlıq neft və neft məhsulları ixrac olunub ki, bu da ölkənin ümumi ixracının 94,2 faizini təşkil edir. Bu barədə bazar ertəsi Azərbaycan Milli Bankı tərəfindən açıqlanan ödəmə balansında bildirilir. Hesabatda bildirilir ki, neft və neft məhsullarının dominant vəziyyəti saxlanılıb. 2006-cı il il ilə müqayisədə neft və neft məhsullarının ixracı 1,7 dəfə artıb.

Neft və neft məhsulları ixracının ümumi həcmindən 1,7 mlrd. dollar neft emalı məhsullarının payına düşüb. Həmçinin ölkədən 18,3 mlrd. dollarlıq neft çıxarılıb. Bununla yanaşı, 17,7 mlrd. dollar həcmində neft ABƏŞ hasilatının payına düşüb. Onlardan 2,8 mlrd. dolları Azərbaycanın payına düşən mənfəət neftidir. Bunun bir hissəsi isə ($14,9 mlrd.) iri neft şirkətləri tərəfindən ölkədə neft-qaz layihələrinə yatırılan investisiyalar hesabına onlar tərəfindən vətənlərinə ixrac olunub.

Azərbaycan Dövlət Neft Şirkəti və ölkənin digər müəssisələri xaricə 0,6 mlrd. dollarlıq neft çıxarıb.

On beş faiz artan qeyri-neft məhsullarının ixrac payı 1164,2 mln. dollar təşkil edib. Hazırkı artım maşınqayırma sənayesi məhsulları, əlvan və qara metal, həmçinin kənd təsərrüfatı məhsulları ixracının artması ilə izah olunur.

İxrac olunan məhsulların ümumi dəyəri 1,6 dəfə artıb və 21,3 mlrd. dollara çatıb ki, bu da xarici ticarət əməliyyatlarının sadələşdirilməsi, enerji kompleksində müəssisələrin ixrac təmayüllü istehsalının inkişafı, həmçinin neft qiymətlərinin konyukturunun qəbul edilməsi nəticəsində mümkün olub.

Ümumilikdə ötən ÜDM-də ixracın xüsusi çəkisi 6,6 faiz artaraq 72,2 faizə çatıb.

Bu, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının gücləndiyni və şəffaflıq dərəcəsinin yüksəldiyini göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti