...

Azərbaycan Dövlət Neft Şirkəti birinci rübdə 3,5 mln. ton neft ixrac edib

Energetika Materials 1 Aprel 2008 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel/ " Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2008-ci ilin yanvar-martında təqribən 3,5 mln. ton neft ixrac edib. Ötən ilin analoji dövrü ərzində bu rəqəm 1,6 mln. ton təşkil edib. Bu barədə Şirkətin məlumatında deyilir.

Yanvar-martda Bakı-Novorossiyk boru kəməri üzrə ixracat 2007-ci ilin yanvar- martındakı 183,4 min tona qarşı 249,2 min ton təşkil edib. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə bu dövr ərzində 3,1 mln. ton neft ixrac edilib. 2007-ci ilin birinci rübündə ixracat 1,3 mln. ton olub.

Bakı-Supsa Qərb boru kəməri marşrutu ilə neft ixracı təmir işləri ilə əlaqədar 2006-cı ilin noyabrından həyata keçirilmir. Bu ilin yanvarından dəmir yolu ilə Gürcüstanın Batumi Qara dəniz limanı istiqamətində neft ixracı həyata keçirilməyib. Ötən ilin yanvar-martında Batumi limanı istiqamətində 160,6 min ton neft ixrac edilib.

Xəbər lenti

Xəbər lenti