...

Azərbaycan Dövlət Neft Şirkəti birinci rübdə550 min ton neft məhsulu ixrac edib

Energetika Materials 1 Aprel 2008 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) birinci rübdəneft emalı zavodlarından 555,2 min ton neft məhsulları ixrac edib. Ötən ilin yanvar-martında bu rəqəm 448,2 min ton təşki edib. Bu il bitum və sürtkü yağları ixrac edilməyib.

Azərbaycanda neft məhsulları iki Bakı NEZ-də istehsal edilir. Onların ümumi gücü ildə 20 mln. ton neftdir. Hər iki NEZ Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxildir və ildə, ARDNŞ-nin öz vəsaitləri hesabına, quru və dənzidəki yataqlardan hasil edilən 6 mln.-dan çox neft emal edirlər.

Azərbaycan Dövlət Neft Şirkətinin neft məhsulları ixracının ümumi cədvəli:

Neft məhsulu 2007-ci il yanvar-mart min ton 2008-ci il yanvar-mart min ton
Dizel yanacağı 341,285 410,463
Mazut 0 0,976
Avtomobil benzini 42,459 71,19
Aviasiya kerosini 94,178 72,563
Sürtkü yağları 3,113 0
Bitum 7,212 0
Xəbər lenti

Xəbər lenti