...

Azərbaycan neftinin qiyməti kəskin şəkildə aşağı düşüb

Energetika Materials 2 Aprel 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin aprelin 1-də qiyməti 1 barel üçün 102,23 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətdə 1 barrel üçün 3,97 dollar aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın aprelin 1-də qiyməti 1 barel üçün 100,5 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 3,93 dollar azdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Aprelin 1-də URALS neftinin qiyməti 1 barel üçün 92,73 dollar təşkil edib. Bu öncəki qiymətdən 3,59 dollar aşağıdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin aprelin 1-də qiyməti 1 barel üçün 99,16 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 3,52 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti