...

Yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Energetika Materials 2 Aprel 2008 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend / Azərbaycanda 2007-ci ilin analoji dövrünün 7 mlrd. kVt/s elektrik enerjisinə qarşı, bu ilin yanvar-mart ayları ərzində 6,3 mlrd.kVt/s-dən artıq enerji istehsal olunub. Bu barədə SC-nin mətbuat xidmətinin çərşənbə günü yayılmış məlumatında deyilir. Elektrik enerjisi istehsalının aşağı düşməsi abonentlərə elektrik sayğaclarının qoyulması və bölgələrdə qaz təminatının yaranması ilə bağlıdır.

Yanvar-mart ayları ərzində istehsal olunmuş elektrik enerjisinin ümumi həcmindən 5,5 mlrd. kVt/s istilik- elektrik stansiyaları, 0,8 mlrd. kVt/s isə su - elektrik stansiyalarının payına düşür.

Martda "Azərenerji"SC -də 1, 9 mlrd. kVt/s elektrik enerjisi istehsal olunub. Bu ilin mart ayı ərzində istehsal olunmuş elektrik enerjisinin ümumi həcmindən 1,6 mlrd.kVt/s istilik- elektrik stansiyaları ,0,3 mlrd.kVt/s su- elektrik stansiyalarının payına düşür.

.

Xəbər lenti

Xəbər lenti