...

Azərbaycanın Dövlət Neft Şirkəti quru yataqlarda seysmik kəşfiyyatı başa çatdırıb

Energetika Materials 2 Aprel 2008 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsi respublikanın quru ərazisində yerləşən "Böyümdağ-Təkçay" və "Muradxanlı" yataqlarında seysmik kəşfiyyat işlərini başa çatdırıb. Bu barədə çərşənbə günü İdarədən məlumat veriblər.

"Hazırda seysmik kəşfiyyat işlərinin gedişində əldə edilmiş məlumatlar öyrənilir", - ARDNŞ-dən bildiriblər. Tədqiqatlar yataqlar üzrə məlumatların alınması və qazma işlərinin genişləndirilməsi məqsədilə aparılıb.

Hazırda "Böyümdağ-Təkçay" sahəsində karbohidrogenlərin hasilatı həyata keçirilir. ARDNŞ-nin sifarişi ilə bu sahənin öyrənilməmiş hissələrində təkrar seysmik kəşfiyyat işləri aparılıb.

Əldə edilmiş materiallar "Muradxanlı-Cəfərli" sahəsinin geoloji quruluşunu yüksək keyfiyyətlə dəqiqləşdirməyə imkan verir", - İdarədən bildiriblər.

Xəbər lenti

Xəbər lenti