...

Azərbaycan Dövlət Neft Şirkətinin dəniz yatağında yeni qaz borusunun tikintisinə başlanılıb

Energetika Materials 3 Aprel 2008 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir E.İsmayılov / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqaztikinti" tresti "Günəşli" yatağında dənizaltı qaz kəmərinin tikintisinə başlayıb. Bu barədə ARDNŞ-ın məlumatında deyilir.

Bu, ARDNŞ-ın şəxsi qaz hasilatı həcminin artırılması proqramı çərçivəsində çəkilən qaz kəməri olmaqla "Günəşli-13" və "Günəşli-14" platformalarını birləşdirəcək.

Bu qaz kəməri vasitəsilə qaz 13 № li platformadan 14№ li platformaya nəql ediləcək. 12 düymlük qaz kəmərinin uzunluğu 2,4 km.dir. Gələcəkdə qaz kəməri sahilə uzanan magistral qaz kəməri ilə birləşdiriləcək.

Hazırda "Günəşli-13" platformasında gündəlik qaz hasilatı 1 mln. kubmetr təşkil edir. Platformada yeni quyuların qazılması davam etdirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital

Xəbər lenti

Xəbər lenti