...

Azərbaycanın iri kimya müəssisəsi xammal alınması üçün tender elan edib

Energetika Materials 3 Aprel 2008 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend / Azərbaycanın kimya məhsulları istehsalı ilə məşğul olan "Azərkimya" Dövlət Müəssisəsi şəxsi müəssisəsi olan Səthi-Aktiv Maddələr Zavoduna xammalın alınması üçün tender elan edib. Tenderin elan olunmasında məqsəd kaustik soda və xlor üçün lazım olan sulfat turşusunun istehsalında işlədilən 99,9 faizlik üyüdylmüş kükürdün alınmasıdır.

DM-dən verilən məlumata görə, tələb olan kükürdün həcmi 3 min ton təşkil edir.

Tenderdə iştirak qiyməti - 200 manatdır.

Namizədlər öz ərizələrini mayın 6-dək, təklifləri isə 2008-ci iln mayın 14 -dək təqdim etməlidirlər. Prosedur mayın 15-də Sumqayıt şəhərində keçiriləcək.

Alınmış xammal 2008-2009-cu il müddətində Dövlət Müəssisəsinə təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti