...

Azərbaycan Dövlət Neft Şirkətinin iştirakı ilə alyansa aktivlərin verilməsindən sonra Türkiyənin "Petkim" müəssisəsinin rentabelliyi artacaq

Energetika Materials 3 Aprel 2008 14:59 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin iştirakı ilə alyansa aktivlərin verilməsindən sonra Türkiyənin "Petkim" müəssisəsinin rentabelliyi artacaq

Azərbaycan, Bakı, 03 aprel/ Trend /Bu il "Turcas" TRCAS.IS energetika şirkətinə keçdikdən sonra, Türkiyənin "Petkim" neft-kimya müəssisəsinin rentabelliyi artacaq. Bu barədə "Reuters"a "Turcas"ın Direktorlar Şurasının sədri məlumat verib.

Türkiyənin "Turcas", Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Səudiyyə Ərəbistanının "İnjaz Projects" şirkətinin konsorsiumu yanvarda "Petkim"də 51 faiz iştirak payı almalıdırlar. Onun qiyməti iyulda $2,04 mlrd. olub. Lakin saziş təxirə salınıb. "Turcas" sazişi bu ay başa çatdırmaq niyyətindədir.

"Bizim gəlirlərimiz artmasa da, birinci il biz müəssisənin fəaliyyətini daha effektli etməyi planlaşdırırıq və bu, gələcəkdə xalis mənfəətdə öz əksini tapacaq" - "Turcas"ın icraçı direktoru Erdal Aksoy bildirib.

Aksoy Türkiyə KİV-ə əvvələr bildirib ki, Socar/Turcas Petrol/Injaz Projects mayın 7-dək "Petkim"də 51 faiz iştirak payı alacaq. O bildirib ki, alınmış payın ödənilmə formaları aprelin 14-də məlum olacaq. Şirkətlər alyansı yeddi-səkkiz il ərzində müəssisəyə investisiya qismində $10 mlrd. yatırmaq niyyətindədir. Müəssisənin bazasında kömür və qazla işləyəcək iki elektrik stansiyası tikiləcək.

SOCAR/Turcas/Injaz-ın "Petkim" şirkətinin istehsalat imkanlarının müasirləşdirilməsinə yatıracağı sərmayələr bu müəssisənin Türkiyə bazarındakı rolunu hazırkı 27 faizdən 40 faizədək artıracaq. Hazırda Türkiyə lazımi kimya məhsullarının 70-75 faizini idxal edir. SOCAR/Turcas/Injaz-ın "Petkim"in inkişafına sərmayələri məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək. Hər il Türkiyə bazarında kimya məhsullarına olan tələbat 12 faizədək artır.

Dövlət Neft Şirkətində hesab edirlər ki, sərmayələr beş-altı il ərzində özünü doğrulda bilər və hər şey bazarın konyukturasından asılı olacaq. SOCAR/Turcas/Injaz Türkiyədə, "Petkim"in istehsalat obyektlərinin yaxınlığında kimya müəssisələrini xammala təmin etmək üçün NEZ tikmək niyyətindədir. NEZ-in güman edilən illik emal gücü 6 mln. ton neft təşkil edəcək.

"Petkim Petrokimya Holding" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir. Şirkətin kapitallaşması təqribən 1,6 mlrd. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti