...

Azərbaycan Dövlət Neft Şirkəti dəniz yatağındakı quyunun debitini artırmağı planlaşdırır

Energetika Materials 4 Aprel 2008 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müx. E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Qərbi Abşeron" yatağında 2008-ci ilin birinci rübündə qazılmış quyunun debitini 14,5 bareldən 55 barelə qədər artırmağı planlaşdırır. Bu barədə cümə günü ARDNŞ-ın tərkibinə daxil olan "Abşenonneft" NQÇİ-dən məlumat verilib. Debit yaxın günlərdə quyunun ağzında quraşdırılmış kompressor hesabına artırılacaq.

NQÇİ nümayəndəsinin verdiyi məlumata görə, yaxın günlərdə "Qərbi Abşeron" yatağındakı 61 saylı kəşfiyyat quyusunun qazılması planlaşdırılır.

"62 saylı quyunun qazılması isə kəşfiyyat qazıntısının nəticələrindən sonra məlum olacaq" - NQÇİ nümayəndəsi bildirib.

Bu iki kəşfiyyat quyusunun qazılması yataqdakı ehityatların dəqiqləşdirilməsi və onun konturlaşdırılması üçün lazım olacaq.

"Karbohidrogen ehtiyatları aşkarlanacağı təqdirdə, bu sahədə istismar quyuları qazılacaq və neft hasilatı üçün platformalar quraşdırılacaq" - NQÇİ numayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti