...

Azərbaycanda butan-butilen istehsalı artıb

Energetika Materials 7 Aprel 2008 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend / Heydər Əliyev adına Neft Emalı Zavodunda (keçmiş "Azərneftyanacaq") keçən ilin yanvar-mart aylarındakı 36,24 min ton ilə müqayisədə bu ilin yanvar-mart aylarında 37,2 min ton butan-butilen fraksiyası istehasal edilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

2007-ci ildə cəmi 145 min ton butan-butilen fraksiyası istehsal olunub. 2006-cı ildə butan-butilen fraksiyasının istehsal həcmi 148,22 min ton olub. 2005-ci ildə bu göstərici 129,62 min tona bərabər olub.

2008-ci ilin yanvar-mart aylarında, 2007 və 2006-ci illərdə olduğu kimi, bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilen istehsalı 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti