...

Xaçmaz modul elekrostansiyasında elektrik enerjisinin istehsalı artırılıb

Energetika Materials 7 Aprel 2008 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , E.İsmayılov/ Azərbaycanın şimal rayonlarını elektrik enerjisi ilə təmin edən Xaçmaz elektrik stansiyasında keçən ilin birinci rübündəki 124 mln. kVt/saatla müqayisədə, bu ilin analoji dövründə 129 mln. kV/t saat elektrik enerjisi istehsal olunub.

Mart ayında 30 mln. kVt/saatdan artıq enerji istehsal olunub ki, bu da proqnozlaşdırıan həcmdən 5 faiz çoxdur.

Azərbaycan prezidentinin sərəncamına əsasən, "Azərenerji" SC-ə Bakı, Naxçıvan, Astara,Xaçmaz və Şəki rayonlarında quraşdırılmış modul tipli 52 qurğunun tikintisi və təhvili tapşırılıb. Onlar təbii qaz hesabına işləyir. Bu elektrik stansiyaları gücü 8,7 MBt olan modullardan ibarətdir. Bu stansiya, eləcə də analoji tipli digər stansiyaların tikinti üzrə podratçısısı Finlandiyanın "Wartsila" şirkətidir.

Bu elektirk stansiyalarının tikintisi Azərbaycanda elektrik enerjisinin həcmini 450- 460 MBt artırmaq imkanı yaradıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti