Azərbaycan, Bakı, 07 aprel / Trend , E.İsmayılov/ Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) qurğuların təmirarası müddətinin üç aydan beş -altı ayadək uzadılması cari ilin birinci rübündə neft koksunun istehsal həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu barədə bazar ertəsi zavoddan məlumat verilib.
BNEZ-də birinci rübdə 42,3 min ton neft koksu istehsal olunub ki, bu da keçən ilin analoji dövrünün həcmindən təxminən 12 dəfə çoxdur.
Zavoddan deyilib ki, istehsal olunmuş neft koksunun 90 faizindən çoxu ixrac üçün nəzərdə tutulub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital