...

Bu ilin sonuna Azərbaycanın iri dəniz yatağında yeni platforma istismara veriləcək

Energetika Materials 7 Aprel 2008 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel/ Trend / Bu ilin sonuna "Neft Daşları" yatağında 24-15 saylı yeni platforma istismara veriləcək. Bu barədə bazaar ertəsi Azərbaycanın Dövlət Neft Şirkətindən məlumat veriblər.

"General Əlağa Şıxlinski" üzən kranın yardımı ilə Neft Daşları yatağına Heydər Əliyev adına Dərin Özüllər zavodunda tikilmiş ikibloklu platformanın ikinci bloku gətirilib. O, 23 metr dərinlikdə, bu platformanın birinci blokunun 20 metrliyində quraşdırılacaq.

Azərbaycanın Dövlət Neft Şirkəti "Neft Daşları"-nda quraşdırılmış yeni platformadan 12 quyu qazmağı planlaşdırır.

ARDNŞ-nin geoloqlarının qiymətləndirmələrinə görə, "Neft Daşları" yatağında qalıq neft ehtiyatları 30 mln. ton təşkil edir. Yataqda neft hasilatının artırılması üçün 2010-cu ilədək Dövlət Neft Şirkəti 78 quyu qazacaq yeni platformaların tikintisi planlaşdırılır.

Son illərdə "Neft Daşları" yatağında iki platforma istismara verilib. Onlardan biri - beş blokdan ibarət 1887 36 saylı, 2387 saylı ikinci platforma isə, 12 quyuya hesablanıb. Bu platformalardan intensiv qazma işləri başlayıb və artıq 11 quyu istismara verilib.

Bu il "Neft Daşları" yatağında 20 quyu qazılacaq.

Xəbər lenti

Xəbər lenti