...

Birinci rübdə Azərbaycanın daxili bazarında mazut satışı azalıb

Energetika Materials 8 Aprel 2008 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir E.İsmayılov/ Ölkənin daxili bazarında yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2007-ci ilin yanvar-martı aylarındakı 43,481 min ton ilə müqayisədə cari ilin analoji dövründə 54,266 min ton avtomobil benzini reallaşdırılıb. Bu barədə ARDNŞ-dan verilən məlumatda deyilir.

Daxili bazarda eləcə də, 2007-ci ilin 72,234 min tonu ilə müqayisədə yanvar-martda 92,344 min ton dizel yanacağı reallaşdırılıb. Kerosin satışının həcmi 2007-ci ilin yanvar-martındakı 8,538 min ton ilə müqayisədə bu ilin analoji dövründə 10,029 min ton olub. Mazut isə daxili bazarda 2007-ci ilin yanvar-mart aylarının 17,071 min tonu ilə müqayisədə cari ilin analoji aylarında 7, 146 min ton satılıb.

Azərbaycanın daxili bazarında neft məhsullarının satışı üzrə cədvəl:

Neft bazalarının adları Avtobenzin Dizel yanacağı Kerosin Mazut
Mart 2008 il Mart 2008 il Mart 2008 il Mart 2008 il
Ağcabədi 0 1 0 1 0 1 0 0
Ağdam 292 748 137 564 314 1 035 0 0
Ağstafa 253 521 545 1 622 14 53 0 0
Bakı 9 446 23 640 21 214 57 294 8 643 267 563
Bərdə 290 811 328 671 520 1 719 0 0
Daşburun (Beyləqan) 465 1 125 202 466 153 309 129 255
Əli Bayramlı 568 1 604 841 2 558 0 136 29 94
Gəncə 1 276 3 285 240 855 140 419 47 305
Goranboy 943 2 363 459 942 180 399 0 0
Horadiz(Beyləqan) 45 147 12 37 506 1 389 0 0
İmişli 159 332 269 703 249 786 225 300
Kürdəmir 156 382 579 1 628 58 181 70 184
Ləki (Ağdaş) 662 1 671 593 1 540 63 227 239 585
Lənkəran 827 1 971 183 563 47 362 672 1 665
Neft məhsullarının qəbulu və göndərişi bazası 0 1 793 2 048 7 767 0 0 114 401
Novoqolovka (Cəlilabad) 644 1 512 240 599 52 188 65 168
Qazax 373 1 093 1 121 2 787 36 174 0 0
Sabirabad 530 1 256 635 1 742 95 374 227 344
Salyan 174 463 314 547 22 129 133 162
Şəki 444 1 073 308 785 104 235 62 245
Şəmkir 705 1 937 684 1 588 118 219 168 407
Tovuz 257 844 182 761 0 0 0 0
Ucar 756 2 144 779 1 966 49 200 232 531
Xaçmaz 293 830 454 1 123 35 99 75 433
Yevlax 338 876 533 1 190 196 657 98 308
Zaqatala 740 1 844 785 2 042 16 96 57 194
Cəmi 20 634 54 266 33 685 92 344 2 974 10 029 2 908 7 146
Xəbər lenti

Xəbər lenti