...

ARDNŞ metanol satışına dair tender elan edib

Energetika Materials 8 Aprel 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft və qaz hasilatı üzrə "Azneft" İstehsalat Birliyi (ARDNŞ) 9,4 min ton A nişanlı metanolun satışına dair açıq tender elan edib.

İddiaçılar tenderdə iştirak etmək üçün aprelin 28-i saat 11.00-dan gec olmamaq şərti ilə iştirak barədə müraciət və digər sənədləri "Azneft" İB-ya təqdim etməlidirlər.

Təkliflər qiymətləndirilən zaman peşəkarlıq, maliyyə imkanları, etibarlılıq, təcrübə və texniki imkanlara üstünlük veriləcək.

Tender təklifləri "Azneft"in binasında 2008-ci il mayın 5-nə qədər qəbul olunacaq və mayın 6-da 11.00-da təkliflər paketi açılacaq.

Xəbər lenti

Xəbər lenti