...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 8 Aprel 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir A.Bədəlova / Aprelin 7-də CİF liman Auqusta şərtlərilə Azərbaycan neftinin qiyməti $108,49/ barelə çatıb. 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən çərşənbə axşamıgünü verilən məlumatda deyilir ki, bazar ertəsi neftin qiyməti cümə günü ilə müqayisədə $3,46/barel qalxıb.

"Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

ARNDŞ-dan bildiriblər ki, aprelin 7-də FOB Türkiyənin Ceyhan Limanı şərtləri ilə Azərbaycan neftinin qiyməti $107,19 barel təşkil edib və bu əvvəlki qiymətdən $3,49 barel çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URALS növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.

Aprelin 7-də Novorossiysk limanından yüklənmə ilə URALS neftinin qiyməti $100,44/barel təşkil edib və bu əvvəlki qiymətdən $3,7/barel çoxdur.

Şimal dənizində hasil edilən Brent Dated etalon növü ilə də oxşar haldır. Aprelin 7-də "Brent Dated" neftinin bir barelinin qiyməti $105,49/barelə çatıb və əvvəlki qiymətdən $3,14/barel çox olub.

Xəbər lenti

Xəbər lenti