...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 9 Aprel 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin aprelin 8-də qiyməti 1 barel üçün 107,81 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətdə 1 barel üçün 0,68 dollar aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın aprelin 8-də qiyməti 1 barel üçün 106,24 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,95 dollar azdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Aprelin 8-də URALS neftinin qiyməti 1 barel üçün 100,02 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,42 dollar azdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin aprelin 8-də qiyməti 1 barel üçün 104,77 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,72 dollar azdır.

Xəbər lenti

Xəbər lenti