...

ABŞ Azərbaycandan neft idxalının 2009-cu ildə 25 faiz artacağını düşünür

Energetika Materials 9 Aprel 2008 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir A.Bədəlova/ ABŞ 2009-cu ildə Azərbaycandan neft idxalının sutkada 1,24 mln. barelədək ( ildə 61 mln. ton) - 25,25 faiz artacağını gözləyir. Bu proqnozlar ABŞ-ın Energetika İnformasiyaları Dövlət İdarəsi tərəfindən (EİA) yayılmış hesabatda göstərilib. EİA proqnozlaşdırır ki, 2008-ci ildə Azərbaycan neftinin dünya bazarına tədarükü 0,99 mln. barel (49 mln. ton) səviyyəsində olacaq.

Azərbaycan dünya bazarına əsasən "Azəri-Çıraq- Günəşli" (BP- işlənmə operatoru) yataqlarından hasil olunan Azeri Light növlü neft idxal edir.Yüngül neftin idxalı Bakı-Tbilisi-Ceyhan (operatoru BP) boru kəməri vasitəsilə həyata keçirilir. Azərbaycan-Gürcüstan dəmiryolu vasitəsilə Gürcüstanın Batumi limanından Azeri Light nefti Amerikanın "ExxonMobil" və "DevonEnergy" ("Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları) şirkətləri tərəfindən daşınır. Bakı-Supsa neft kəməri (operatoru BP) təmirdən sonra cari ilin ortalarında istismara veriləcək. Bakı-Novorossiysk (operatoru ARDNŞ) boru kəməri vasitəsilə ARDNŞ-ın şəxsi vəsaitləri hesabına yataqlardan hasil olunan neft idxal olunur.

OPEK-ə daxil olmayan ölkələrə neft tədarükünün ümumi həcmi EİA-nın qiymətləndirməsinə görə, 2008-ci ildə sutkada 49,83 mln. barel təşkil edəcək. 2009-cu ildə tədarükün həcmi sütkada 1,47 mln. barel olmaqla 51,3 mln. barelədək artacaq.

EİA 2009-cu ildə Türkmənistanın neft tədarükünün 2008-ci il üzrə sutkalıq 0,19 mln. barel neft ilə müqayisədə 0,2 mln. barelədək artacağını da proqnozlaşdırıb. Proqnozlara əsasən, Qazaxıstanda bu il idxal sutka ərzində 1,5 mln. barel təşkil edəcək. 2009-cu ildə ölkənin neft tədarükü gündə 0,14 mln. barel olmaqla 1,64 mln. barelədək artacaq.

Energetika İnformasiyaları Dövlət İdarəsi ABŞ-ın Energetika üzrə Departamentinin statistika agentliyidir və 1977-ci ildə Konqres tərəfindən yaradılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti