...

Koreya Azərbaycanın Talış dağlarında yeraltı ehtiyatları öyrənə bilər

Energetika Materials 9 Aprel 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/ " Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsində Koreyanın beynəlxalq əməkdaşlıq agentliyinin iştirakı haqqında sazişi Cənubi Koreyanın Baş nazirinin mayın 18-də Azərbaycana səfərinin gedişində imzalamaq planlaşdırılır. Bu məsələ Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin Koreya agentliyinin vitse-prezidenti Çanq Se-Çenqlə çərşənbə günü Bakıda keçirilən görüşü zamanı müzakirə edilib. Bu barədə nazirlikdən məlumat veriblər. Müzakirə üçün Koreyanın nümayəndə heyəti aprelin 21-də Bakıya gələcək.

Çərşənbə günü Bakıda keçirilən görüş zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müazakirə edilib. Bu, xüsusilə də, Azərbaycanın energetika sistemində itkilərin azaldılması və enerji ehtiyatlarından səmərəli istifadə məsələlərinə aiddir.

Energetika sistemində itkilərin azaldılması layihəsi üzrə hazırda bu sahədə pilot layihə üçün "Bakılektrikşəbəkə" Səhmdar Cəmiyyəti (Bakının elektropaylayıcı şəbəkələrini idarə edir) tərəfindən sahənin ayrılması üzrə məsləhətləşmələr gedir.

Azərbaycan hökuməti bu layihələrdən başqa, Xüsusi İqtisadi Zonanın yaradılması, kiçik su - elektrik stansiyalarının tikintisi, Azərbaycanın cənubundakı Talış dağlarının yeraltı ehtiyatlarının öyrənilməsi layihələri üzrə, Koreyanın beynəlxalq əməkdaşlıq agentliyi ilə danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti