...

2009 - cu ildə dünyada neftə təlabat 1,5 faiz artacaq – EİA

Energetika Materials 9 Aprel 2008 20:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/ Trend , müxbir A.Bədəlova/ ABŞ-ın Dövlət Energetika İnformasiya İdarəsinin (EİA) proqnozlarına görə 2008-ci ildə dünyada neftə olan gündəlik təlabat 1,2 mln. barr artaraq 2007-ci ildə 85,35 mln. barelə qarşı 86,58 mln. barel təşkil edəcək.

EİA 2009-cu ildə dünyada neftə olan gündəlik təlabatın 1,3 mln. barel artaraq 87,88 barel təşkil edəcəyini proqnozlaşdırır.

2008-ci ildə ABŞ-ın istehlakının payına gündəlik 20,61 mln. barel neft düşəcək. 2009-cu ildə ABŞ-ın neftə olan gündəlik təlabatı 0,2 mln. barel artaraq 20,82 mln. barel təşkil edəcək.

Çin 2008-ci ildə gündə 7,95 mln. barel neft istehlak edəcək. EİA-nın proqnozlarına görə, 2009-cu ildə ölkənin neftə olan gündəlik təlabatı 0,3 mln. barel artaraq, 8,28 mln. barel təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti