...

Dünyanın enerji tələbatı 2030-cu ildə 40 faiz artacaq - "ExxonMobil"

Energetika Materials 11 Aprel 2008 14:34 (UTC +04:00)
Dünyanın enerji tələbatı 2030-cu ildə 40 faiz artacaq - "ExxonMobil"

Azərbaycan, Bakı,11 aprel/ Trend , müxbir A.Bədəlova/ Amerikanın ən iri neft şirkətlərindən biri olan "ExxonMobil" dünyanın enerji tələbatının 2030-cu ildə 2005-ci il ilə müqayisədə sutkada 40 faiz artaraq 325 mln. barel neft ekvivalentinə çatacağını proqnozlaşdırır.

Şirkətin rəsmi saytında yerləşdirilmiş hesabata müvafiq olaraq tələbatın yüksək artımı əsasən inkişaf etmiş ölkələrdə müşahidə olunacaq. Dünyanın enerji tələbatı 2030-cu ildə orta hesabla 1,3 faiz təşkil edəcək.

Şirkətin proqnozlarına görə, qazıntı yanacağı enerji tədarükünün 80 faizini təmin edəcək ki, onlardan təxminən 60 faizini neft və qaz təşkil edəcək. Neftə tələbat ildə 1,2 faiz, qaza tələbat isə ildə 1,7 faiz artacaq.

Bərpa olunan enerji mənbələri 2030-cu ilədək ildə orta hesabla 1,5 faiz artacaq.

Proqnozlara görə, dünyanın maye yanacağa olan tələbatı 2030-cu ildə sutkada 86 mln. barel neft ekvivalentindən 116 mln. barelədək artacaq.

Proqnozlara görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində 2005-2030-cu illər artımın tempi ildə orta hesabla 0,6 faiz təşkil edəcək. Bu mərhələdə İƏİT ölkələrində yanacaq tələbatı ildə orta hesabla 1-dən 2 faizədək artacaq.

İƏİT-ə daxil olmayan ölkələrdə isə yanacaq tələbatının artım tempi beş dəfə çox olacaq, yəni ildə təxminən üç faiz təşkil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti