...

bp 2007-ci ildə Azərbaycanda karbohidrogenlər hasilatında öz payının 50 faiz artdığını elan edib

Energetika Materials 15 Aprel 2008 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel/ Trend / 2007-ci ildə Azərbaycanda hasil edilən və bp şirkətinin payına düşən yüngül neftin xalis həcmi gündə 200 min barel təşkil edib. 2006-cı ildə bu rəqəm 75 min barel olub. Bu barədə bp-nin 2007-ci ilə dair illik hesabatında deyilir. bp Azeri Light növlü neftin hasil edildiyi "Azəri"- "Çıraq"- "Günəşli" dəniz yataqlarının işlənilməsi üzrə operatordur.

Şirkətin rəsmi saytında yerləşdirilən hesabatda deyilir ki, 2007-ci ildə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən və bp-nin payına düşən qazın xalis həcmi gündə 73 mln. kub fut təşkil edib (ildə 760 mln. kubmetr qaz).

2007-ci ildə Azərbaycanda bp-nin payına düşən xalis hasilat məhsulu gündə 218 mln. neft ekvivalentidir ki, bu da 2006-cı ildəki göstəricidən 50 faiz çoxdur. Bu, "Azəri"- "Çıraq"- "Günəşli"-də üç platformadan hasilatın başlaması və "Şahdəniz" yatağında kondensat hasilatına başlanılması ilə əlaqədardır", - hesabatda deyilir.

Azəri"- "Çıraq"- "Günəşli" yatağından birgə istifadə və hasilatın pay bölgüsünə dair müqavilə 1994-cü ildə imzalanıb. Müqavilə "Azəri"- "Çıraq"- "Günəşli" müqavilə sahəsinin 30 ilə ərzində işlənməsini nəzərdə tutur. "Çıraq" yatağında hasilat 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində, "Şərqi Azəri"də isə, 2006-cı ilin sonunda başlanıb. "Günəşli" yatağının dərin su hissələrində hasilata 2008-ci ilin ortalarında başlanılması nəzərdə tutulur.

"Azəri-Çıraq- Günəşli" yatağından hasil olunan neftin pay bölgüsü barədə müqavilənin tərəfdaşları aşağıdakılardır: bp (operator- 34,1%), "ChevronTexaco" (10, 2814%), ARDNŞ (10%), İNPEX (10%), "Statoil" (8, 5633%), "ExxonMobil" (8,006%), TRAO (6,75%), "Devon Energy" (5,6262%), "İtochu" (3,9205%), "Delta Hess" (2,7213). Layihəyə lazımi kapital yatırımları 20 mlrd. dollar təşkil edir.

Hazırda "Şahdəniz" yatağından gündə təqribən 21,5 - 22 mln. kubmetr qaz və 5,5 - 5,6 min ton kondensat hasil edilir. Yataqda ümumilikdə dörd quyu istismar edilir. Hazırda beşinci quyunun qazılması həyata keçirilir və işlər ilin ortalarında başa çatmalıdır.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il, iyunun 4-də imzlanıb. "Şahdəniz" layihəsində hasilatın iştirakçı payına dair müqavilənin iştirakçıları bp (operator-25,5%), "StatoilHydro " (25,5%), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ 10%), "LUKAgip" (10% ), NİCO (10%), "Total"(l0%), və TRAO (9%) şirkətləridir.

Yataqda qaz hasilatı 2006-cı ilin dekabrında başlanıb. Hazırda qaz Cənub Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da bu qazın alıcısı qismində çıxış edir.

Xəbər lenti

Xəbər lenti