...

Azərbaycan birinci rübdə yanacaq mazutu ehtiyatını artırıb

Energetika Materials 16 Aprel 2008 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel/ Trend / 2008-ci ilin yanvar-martında Azərbaycanın əsas istehlakçılarında mazut ehtiyatı 360 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövründən 3,9 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Azərbaycanda iri mazut istehlakçılarından biri "Azərenerji" SC-dir.

Yanvar-martda avtomobil benzini ehtiyatı 15,5 min ton (2007-ci ilin yanvar-martından 13,1 faiz çox), dizel yanacağı - 9,8 min ton (2007-ci ilin yanvar-martından 5,8 faiz az), kerosin - 11,3 min ton (2007-ci ilin yanvar-martından 46,7 faiz çox) təşkil edib.

Azərbaycanda neft məhsulları ümumi gücü ildə 20 mln. ton olan iki Bakı NEZ-in bazasında istehsal edilir. Hər iki NEZ ildə 6 mln.-dan çox neft emal edən Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxildir. Şirkət nefti öz vəsaitləri hesabına, qurudakı və dənizdəki yataqlardan hasil edir.

Xəbər lenti

Xəbər lenti