...

Azərbaycan neftinin qiyməti dəyişməyib

Energetika Materials 17 Aprel 2008 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin aprelin 16-da qiyməti 1 barel üçün 113,22 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətdə dəyişilməyb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın aprelin 16-da qiyməti 1 barel üçün 110,62 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,07 dollar çoxdur.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Aprelin 16-da URALS neftinin qiyməti 1 barel üçün 104,9 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,72 dollar azdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin aprelin 16-da qiyməti 1 barel üçün 110,28 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,38 dollar aşağıdır.

Xəbər lenti

Xəbər lenti