...

Azərbaycanın Dövlət Neft Fondunun portfelinin valyuta kompozisiyası yeni sərmayə siyasətinə uyğun balanslaşdırılıb

Energetika Materials 17 Aprel 2008 21:27 (UTC +04:00)

Azərbaycan, Bakı,17 aprel / Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) 2008-ci ildə təsdiq olunmuş sərmayə siyasətinə uyğun olaraq balanslaşdırılıb. Bu barədə cümə axşamı fondun icrası direktoru Şahmar Mövsümov məlumat verib. Fondun daxilolmaların artması səbəbindən aktivlərin 65 faiz dollarla, 30 faizi isə avro ilə yerləşdirilib.

Təsdiq edilmiş struktura əsasən, 10 iş günü ərzində rübün yekunlarına görə, valyuta portfeli bu kompozisiyaya müvafiq olmalıdır: dollar ekvivalentində 50 faiz, avroda 40 faiz, funt/sterlinq üzrə beş faiz. Yerdə qalan beş faiz isə bu valyutalar üzər bölünüb.

Mövsümovun bildirib ki, ötən ilin yekunlarına görə fondun 61,65 faiz təşkil edən dollar aktivlərinin mənfəəti 6, 28 faiz, avro ilə olan aktivlər 1,6 faiz ( 34,1 faiz həcmində portfel), funt/sterlinq 4,9 faiz (4,25 faiz) təşkil edib.

Neft Fondunun sərmayə portfelinin 2,15 milyardı dollar ekvivalenti, 654,77 milyonu avro ekvivalenti, 60,9 isə funt/sterlinq ekvivalenti ilə yerləşdirilib.

Fondun rəhbəri qeyd edib ki, birinci rübün yekunlarına görə14 faiz aktiv suveren borc öhdəliklərində, 27 faiz agentlik və beynəlxalq təşkilatlarda, 27 faiz bank və maliyyə təşkilatlarının qiymətl kağızlarında, 6,28 faiz korporativ istiqazlarda, 12,83 faiz isə bank hesablarında toplanıb.

Vəsaitlərin 97 faizi beş il müddətinə yerləşdirilib.

17 aprelə olan rəsmi məzənnə 0,8285 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti