...

Azərbaycanda quruda yerləşən iri neft-qaz müqavilə sahəsində ehtiyatlar yenidən qiymətləndirilib

Energetika Materials 18 Aprel 2008 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel/ Trend müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İnformasiya texnologiyaları və Rabitə İdarəsi Salyan Oil şirkətinin operatoru olduğu "Kürsəngi-Qarabağlı" müqavilə sahəsinin ehtiyatlarının yenidən qiymətləndirilməsini başa çatdırıb. Bu barədə şirkətdən məlumat veriblər. Qiymətləndirmə yatağın 18 mln. ton neftə bərabər ehtiyatlarının səviyyəsini dəyişməyib.

Hazırda ARDNŞ-ın İdarəsi yatağın üçölçülü modelinin yaradılması üzrə işləri davam etdirir. Layihənin birinci mərhələsi başa çatıb.

Əməliyyat şirkəti 2008-ci ildə altı istismar quyusu qazmaq niyyətindədir. Quyuların dərinliyi 3500-4000 metr təşkil edəcək. Bu il şirkətin büdcəsi $45,5 mln. səviyyəsində müəyyən edilib.

2007-ci ildə şirkət biri kəşfiyyat xarakterli olmaqla altı quyu qazıb (onlardan biri 2006-cı ildən keçid). 2007-ci ildə Salyan Oil-in büdcəsi $43 mln. təşkil edib.

Kürsəngi-Qarabağlı" quru yatağının işlənməsi üzrə müqavilənin fəaliyyət müddəti 25 ildir. Layihənin səhmdarları aşağıdakılardır: ARDNŞ - 50%, iki Çin şirkəti, "China National Oil & Gas Exploration and Development Corp." (CNODC) və CNPC (Hong Kong) Ltd (CNPCHK) - 25%.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti