...

Gürcüstanda 70-dən çox su elektrik stansiyası tikiləcək - nazir

Energetika Materials 18 Aprel 2008 15:49 (UTC +04:00)
Gürcüstanda 70-dən çox su elektrik stansiyası tikiləcək - nazir

Gürcüstan, Tbilisi, 18 aprel/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda 73 orta və kiçik su elektrik stansiyası tikiləcək. Bu stansiyalar ümumilikdə 1100 Meqavat elektrik enerjisi istehsal edəcəklər. Energetika naziri Aleksandr Hetaqurinin bildirdiyinə görə, hökumət bu məsələ ilə əlaqədar "Bərpa olunan enerji 2008" layihəsini təsdiq edib.

Nazirin sözlərinə görə, SES-in tikintisinə dair ərizələr onun idarəsində qəbul ediləcək və bu ərizələr hökumətin iclaslarında nəzərdən keçiriləcək. Hetaquri qeyd edib ki, SES-in tikintisinə dair müsbət cavab alındığı halda, istənilən sərmayədar 30 gün ərzində icazə alacaq və onunla memorandum bağlanılacaq.

"Əsas şərtlər belə olacaq - qışın üç ayı ərzində sərmayədarlar elektrik enerjisini Gürcüstanda satacaqlar", - nazir bildirib. Qalan dövrdə, sərmayədar istehsal olunmuş elektrik enerjisini öz arzusu ilə sata bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti