...

Azərbaycanda yeni elektrik stansiyasının tikintisi başlayıb

Energetika Materials 18 Aprel 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend / "Azərenerji" Səhmdar Cəmiyyəti Azərbaycanın Fizuli rayonunda 50 MVt gücə malik Su Elektrik Stansiyasının tikintisinə başlayıb. Elektrik stansiyası "Yuxari Mil" suvarma kanalında inşa ediləcək. Bu barədə cümə günü "Azərenerji" SC-nin yayılmış məlumatında bildirilir.

Stansiyanın illik orta istehsal gücü 180 mln. kVt/s elektrik enerjisi təşkil edəcək. Su anbarının tonnajı dörd mln. kub. metr olacaq. Stansiya 30 ay ərzində tikiləcək.

Fizuli Su Elektrik Stansiyasının tikinti layihəsi çərçivəsində 110 kilovoltluq paylayıcı yarımstansiya, eləcə də bəndlərin və lazımi kommunikasiyanın yaradılması nəzərdə tutulub.

Yeni SES-də10 MBt gücündə dörd turbin və 5 MBt güclü iki turbinin quraşdırılması planlaşdırılır.

İstehsal olunan elektrik enerjisinin ötürülməsi üçün 110 kilovoltluq iki kilometrə yaxın uzunluğu olan xətt çəkiləcək. Layihə çərçivəsində, həmçinin "Böyük Harami" və "Halac" yarımstansiyalarını birləşdirəcək 110 kilovoltluq EÖX-in bərpası da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti