...

Azərbaycanın Neft Şirkəti Gürcüstanda şəxsi terminalının istismarına hazırdır

Energetika Materials 21 Aprel 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevidə neft terminalının istismarına tamamilə hazırdır. Bu barədə bazar ertəsi " SOCAR Energy Georgia" şirkətinin rəhbəri Mahir Məmmədov məlumat verib.

"Yeni terminalın istifadəyə verilməsi üzrə bütün texniki və sənədləşdirmə məsələləri tamamilə həll olunub", Məmmədov bildirib. Terminalın istismara verilmə müddəti Azərbaycan Neft Şirkətinin rəhbərliyi tərəfindən müəyyən olunacaq.

Terminalın tikintisi üçün ARDNŞ 301 mln. dollar dəyərində sindikatlaşdırılmış iri kredit əldə edib. 15 xarici bankdan ibarət kredit sindikatına "Societe Generale" rəhbərlik edib. Kreditin 2009-cu ildə geri qaytarılması nəzərdə tutulur.

Terminalın yükboşaltma gücü 9 mln. ton (2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut) təşkil edir. Terminalın ehtiyat parkının ümumi tutumu 320 min kubmetrdir. Yükboşaltma gücünü 20 mln. ton və ehtiyat parkını isə 380 min kubmetrə qədər artırmaq planlaşdırılır. Cari ildə

Kulevidəki terminalda quru yüklər və sıxılmış qazın boşaldılması üçün (LPG) yeni terminalın tikintisi nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti