...

Xarici əməliyyat şirkəti Azərbaycanın quru yatağında neft hasilatını azaldıb

Energetika Materials 21 Aprel 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / " müxbir E.İsmayılov/ "Pirsaat" quru yatağını işlədən "Azerbaijan Shengli Oil Company ltd" cari ilin birinci rübündə neft hasilatı həcmini ötən ilin analoji dövrünün 1,8 min ton göstəricisindən 1,5 min tona qədər azaldıb. Bu barədə bazar ertəsi şirkətdən bildiriblər. Neft hasilatının aşağı düşməsi quyularda yaranan texniki problemlər və yataqda qalan neft ehtiyatlarının nəzərdə tutulan həcmə müvafiq olmaması ilə əlaqədardır.

Cari ildə "Shengli" 2007-ci ilin 8,6 min tonuna nisbətdə təxminən 8 min ton neft hasil etməyi planlaşdırır.

"Pirsaat" yatağında qaz hasilatı hələ 2007-ci ilin birinci rübündə dayandırılıb. O zaman 29 min kub metr təbii qaz hasil olunub ki, bu da müəssisənin şəxsi ehtiyaclarına sərf olunub.

Hazırda "Azerbaijan Shengli Oil Company" fondunda 29 quyu mövcuddur ki, onlardan 12-si istismar olunur. Digər 17 quyu isə işlək vəziyyətdə deyil. Şirkətdən bildiriblər ki, bu quyularda təmir işlərinin aparılmasına baxmayaraq onlar nəticə verməyib.

2006-cı ildə yataqda seysmik kəşfiyyat aparlıb və bu, ilkin tədqiqatların nəticələrinə müvafiq olmayıb.

Hazırda yeni struktur modelinin hazırlanması və yeni xəritələrin tərtib edilməsi prosesi aparılır. Seysmoloji kəşfiyyatların nəticələri və qalan neft ehtiyatlarının həcmindən asılı olaraq burada qazma işlərinin aparılıb-aparılmaması məlum olacaq. Hazırda yataqda qazma işləri aparılmır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti