...

BP və tərəfdaşları Azərbaycanın "Günəşli" yatağında yüngül neft hasilatına başlayıblar

Energetika Materials 22 Aprel 2008 14:25 (UTC +04:00)
BP və tərəfdaşları Azərbaycanın "Günəşli" yatağında yüngül neft hasilatına başlayıblar

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir S.Əliyev/ "Azəri"-"Çıraq"- "Günəşli" yataqları blokunun genişmiqyaslı layihə operatoru BP şirkəti "Günəşli" yatağının dərinsulu hissəsində Azərbaycanın yüngül neftinin hasilatına başlayıb. Platforma quraşdırılmamışdan öncə yataqda qabaqlayıcı quyular qazılıb ki, hazırda onlar istimar olunur.

"Günəşli" yatağından neft hasilatı "Azəri"-"Çıraq"-"Günəşli"nin müqavilə sahəsində xammal istehsalının ümumi həcmini 2008-ci ildə sutkada 1 mln. barelədək artırmağa imkan verəcək. "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarından hasil olunan neftin əsas həcmi Bakı-Tbilisi -Ceyhan boru kəməri vasitəsilə ixrac olunur.

Hazırda blokda "Azəri" və "Çırpaq" yataqlarının qərb, mərkəzi və şərq hissələrinin yenidən işlənməsi aparılır. "Günəşli" yatağı yataqlar blokunun yenidən işlənməsi layihəsinin son mərhələsidir. Onun üzərində iki platforma quraşdırılıb: biri qazma və hasiledici işlər, digəri isə suyun laylara vurulması üçün. Vurulma üç sualtı manifolddan həyata keçirilir.

"Azəri"-"Çıraq"-"Günəşli" yatağından hasilatın pay bölgüsü barədə razılıq 1994-cü ildə imzalanıb. Müqavilə sahəsinin 30 il ərzində işlənməsi nəzərdə tutulur. "Çıraq" yatağında hasilat 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində, "Şərqi Azəri"də isə 2006-cı ilin sonunda başlanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti