...

Azərbaycan Gürcüstana qaz tədarükünə başlayır

Energetika Materials 22 Aprel 2008 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / " , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstana şəxsi qaz tədarükünə başlayır. Hazırda hazırlıq işləri aparılır və bir-iki gün ərzində tadarük başlanacaq. Bu barədə çərşənbə axşamı Azərbaycan hökumətindən məlumat verilib.

Hökumətdən bildiriblər ki, Gürcüstana sutkada təxminən 1,3-1,5 mln. kub metr, ümumilikdə isə 2008-ci il ərzində təxminən 500 mln. kub metr qaz tədarük olunacaq. Hökumətdə tədarük olunacaq qazın qiyməti müəyyənləşdirilməyib. Lakin məlumdur ki, qiymət ötən ilin tədarük dəyərinə nisbətdə artırılacaq. Ötən il Azərbaycan Gürcüstana təbii qazı min kub metrini 120 dollar qiymətinə tədarük edib. Bu il tədarük olunacaq qazın min kub metrinin qiymətinin 180-190 dollar təşkil edəcəyi gözlənilir.

Gürcüstan qazın bir hissəsini Rusiyadan alır. Bu ölkədən qazın 1000 kub metri 235 dollara əldə olunur.

ARDNŞ öz yataqlarından hasil etdiyi şəxsi qaza malikdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti