...

Azərbaycan 2008-09-cu illər payız-qış mövsümü üçün yeraltı qaz anbarlarına qaz vurulmasına başlayıb

Energetika Materials 22 Aprel 2008 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel/ Trend müxbir S.Əliyev/ Azərbaycan yeraltı qaz anbarlarına qaz vurulmasına başlayıb. Bu barədə çərşənbə axşamı hökumətdən məlumat veriblər. Qaz payız-qış mövsümündə istifadə edilmək üçün anbarlara vurulur.

Qaz anbarlarına ümumilikdə təqribən 1 mlrd. kubmetr qaz vurulacaq. Hazırda Azərbaycanın yeraltı qaz anbarlarında qaz ehtiyatı təqribən 300 mln. kubmetr təşkil edir.

Ötən il yeraltı qaz anbarlarına 1 mlrd. kubmetrdən çox qaz vurulub. Bu həcm 2007-2008-ci illərin qaz payız-qış mövsümündə abunəçilərin təmin edilməsi üçün istifadə edilib. Ötən dövrdə (2006-2007) qaz anbarlarına 1,024 mlrd. kubmetr qaz vurulub.

Azərbaycanda iki yeraltı qaz anbarı var - Qaradağ və Kalmaz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]  

Xəbər lenti

Xəbər lenti