...

Azərbaycan Mərkəzi Asiyadan Avropaya qaz tranzitində vacib rol oynaycaq - "Nabukko" layihəsinin rəhbəri

Energetika Materials 23 Aprel 2008 18:28 (UTC +04:00)
Azərbaycan Mərkəzi Asiyadan Avropaya qaz tranzitində vacib rol oynaycaq - "Nabukko" layihəsinin rəhbəri

Azərbaycan, Bakı, 23 aprel/ Trend müxbir A.Bədəlova/ Azərbaycan "Nabukko" qaz kəməri layihəsinə qoşulmaqla öz ərazisi vasitəsilə Mərkəzi Asiyadan Avropaya qaz tranziti üzrə əsas əlaqələndirici həlqə qismində vacib rol oynayacaq. Bu barədə Nabucco Gas Pipeline International şirkətinin idarəçi direktoru Reynhard Mitçek Bakıda keçirilən ikinci neft-qaz ticarət-nəqliyyat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan layihəyə qoşulmaqla bir neçə üstünlük qazanacaq. Onlardan biri təbii qaz ixracı portfelinin diversifikasiyasının maksimallaşdırılması olacaq. Bundan əlavə, Mitçekin sözlərinə görə, Azərbaycan qaz satışı və onun nəqli üzrə xidmətlərdən gəlir əldə edəcək.

"2013-cü ildən Şahdəniz yatağından ildə 13 mlrd. kubmetr qaz hasil ediləcək. "Nabukko" qaz kəməri üzrə ilk qaz tədarükünü də bu ildə həyata keçirmək planlaşdırılır", - Mitçek bildirib.

"Nabukko"nun xüsusiyyətlərindən danışan Mitçek qeyd edib ki, boru kəməri qaza təlabatın ildən ilə artdığı, hasilatın isə azaldığı Avropaya əlavə qaz tədarükünü təmin edəcək.

Qaza gəldikdə isə, o bildirib ki, boru kəmərinin doldurulması üçün heç bir problem yoxdur.

Mitçekin sözlərinə görə, Rusiyanın "Cənub axını" layihəsi "Nabukko" üçün rəqib deyil.

"Bu müxtəlif mənbələrə istiqamətlənmiş iki layihədir. Rusiya özünün, türkmən və Qazaxıstan qazına əsaslanır. Bundan əlavə, gələcəkdə Avropanın daha böyük idxala ehtiyacı olacaq", - o bildirib.

Mitçek bildirib ki, konsorsiuma yeddinci iştirakçının daxil edilməsi üzrə heç bir konkret danışıqlar aparılmır. O, konsorsiuma potensial tərəfdaşın qoşulması imkanlarını istisna etməyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti