...

Xəzər nəqliyyat sistemi çərçivəsində Qazaxıstan dörd dəmir yolu tikəcək

Energetika Materials 24 Aprel 2008 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel/ Trend müxbir İ.Xəlilova/ Qazaxıstan 2008-ci ildə Xəzər nəqliyyat sisteminin yaradılması çərçivəsində iki dəmir yolu magistralının - Yeraliyevo-Kurık və Manqışlak-Bautino magistralının tikintisinə başlamağı planlaşdırır. Bu barədə cümə axşamı Bakıda, Qazaxıstanın Nəqliyyat Nazirliyinin Tranzit Siyasəti İdarəsinin rəisi Svetlana Qonova məlumat verib. Layihələrin konkret reallaşdırılma tarixi müqavilələrin bağlanma prosedurlarından asılıdır və buna görə, tikintinin ilin sonuna başlayacağı ehtimalı böyükdür.

Uzunluğu 135,1 km olan Manqışlak-Bautino dəmir yolu Qərbi Qazaxıstana çıxışı olan magistralı birləşdirəcək. Yolun 2007-09-cu illər ərzində tikilməsi nəzərdə tutulub. Layihə 22,7 mlrd. tenge dəyərində qiymətləndirilir.

Uzunluğu 14,4 km olan Yeraliyevo-Kurık dəmir yolunun tikintisinə 7,6 mlrd. tenge sərf ediləcək. Tikinti işlərini 2009-cu ildə başa çatdırmaq planlaşdırılır.

Bundan əlavə, Qazaxıstanın Xəzəryanı regionda 988 km uzunluğunda Beyneu-Jezkazqan dəmir yolunun tikəcəyi planlaşdırılır. Qonovanın sözlərinə görə, bu il layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçiriləcək, bundan sonra isə onun ya Qazaxıstanın respublika büdcəsi ya da özəl investisiyalar hesabına tikilməsi müəyyən ediləcək. Qonovanın sözlərinə görə, layihənin maliyyələşdirmə mənbələri ilə bağlı məsələ həll edilməyib. Layiə 274,2 mlrd. tenge qiymətləndirilir.

Qazaxıstan üç Xəzər ölkəsini əhatə etməklə 670 km uzunluğunda və $670 mln. dəyərində Uzen (Qazaxıstan) - Bereket-Etrek (Türkmənistan) - Qorqan (İran) dəmir yolunu tikməyi planlaşdırır. Dəmir yolunun 130 km uzunluğunda Qazaxıstan sahəsi 19 mlrd. tenge ($160 mln.), 470 km uzunluğunda Türkmənistan sahəsi $470 mln. , 70 km uzunluğunda İran sahəsi isə $56 mln. dəyərində qiymətləndirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti