...

Azərbaycanın "Şahdəniz" yatağında qaz hasilatı azalıb

Energetika Materials 28 Aprel 2008 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend müxbir S.Əliyev/ Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından hasilat sutkada 22 mln. kubmetrdən 18 mln. kubmetrədək azaldılıb. Bu barədə bazar ertəsi hökumətdən məlumat veriblər. Hasilatın azaldılması alıcılara satmaq üçün böyük müqavilə həcmlərinə ehtiyacın olmaması ilə bağlıdır.

Hazırda Türkiyə, Gürcüstan və Azərbaycan bu yataqdan qaz alırlar. Ümumilikdə yataqda dörd quyu istismar edilir. Hazırda beşinci quyunun qazılması həyata keçirilir və qazma işləri ilin ortalarında başa çatmalıdır.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il, iyunun 4-də imzlanıb. Müqavilənin iştirakçıları BP (operator-25,5%), "StatoilHydro " (25,5%), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ 10%), "LUKAgip" (10% ), NİCO (10%), "Total"(l0%), və TRAO (9%) şirkətləridir.

Bu yataqdan qaz hasilatı 2006-cı ilin dekabrında başlayıb.Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hər il 8,8 mlrd. kubmetr qaz hasil etmək nəzərdə tutulur. Bu həcmlər Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. Reallaşdırılması 2012-ci ildən sonra başlayacaq ikinci mərhələ çərçivəsində hasilat 20 mlrd. kubmetrədək artırılacaq. Bu mərhələ çərçivəsində qazı Avropa ölkələrinə ixrac etmək nəzərdə tutulur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti