...

BP Azərbaycanda yeni dəniz platformalarının tikintisi ilə bağlı araşdırmalara başlayacaq

Energetika Materials 28 Aprel 2008 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir S.Əliyev/ BP şirkəti "Azəri" yatağında yeni platformanın tikintisi zamanı geotexniki araşdırmalar aparmaq niyyətindədir.

Geotexniki araşdırmaların "Azəri" yatağının qərb hissəsində aparılması planlaşdırılır. Dərinliyi 70 metrdən 150 metrədək dörd quyunun qazılması nəzərdə tutulub. İşlər ötən il əldə edilmiş "Citadel" gəmisi vasitəsilə həyata keçirilə bilər.

BP-nin operatoru olduğu "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarında yeni platformanın quraşdırılması neft və səmt qazı ehtiyatlarına malik "Balaxanı" lay dəstinin işlənməsi üçün zəruridir. Hazırda bu məsələ üzrə BP ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında danışıqlar davam etdirilir.

"Tikinti yalnız danışıqlar tamamlanandan sonra başlaya bilər" - deyə mənbə bildirib.

"Balaxanı" lay dəstinin işlənməsi üçün yeni iki platformanın tikintisi vacibdir. Platformalardan biri "Çıraq" və "Günəşli" yatağının dərinsulu hissəsinin, digəri isə "Azəri" yatağının qərb, şərq və mərkəzi hissəsinin əhatəsi üçün lazımdır.

Azərbaycan hökumətinin qiymətləndirmələrinə görə, 2011-ci ildə ABƏŞ-in neft hasilatı 2010-cu il ilə nisbətdə 541 min tondan 54,745 mln. tonadək azalacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti