...

"İnteqra" şirkəti Azərbaycanda fəaliyyətinin genişləndirilməsində maraqlıdır

Energetika Materials 28 Aprel 2008 20:52 (UTC +04:00)

Rusiya, Moskva, 28 aprel/ Trend müxbir R.Ağayev/ Rusiyanın diverisifikasiya edilmiş aparıcı servis və maşınqayırma şirkətlərindən biri "İnteqra" Azərbaycanda öz fəaliyyətinin genişləndirilməsində maraqlıdır. Bu barədə şirkətin Moskvada keçirilən və MDB ölkələrində biznesin inkişafına həsr edilmiş mətbuat konfransında şirkət rəhbərliyi tərəfindən məlumat verilib. "İnteqra" neft-qaz sənayesi müəssisələrinə xidmət göstərir və o, artıq Azərbaycan, Qazaxıstan, Özbəkistan, Ukrayna, bu günlərdə isə Türkmənistanda qeydiyyatdan keçib.

"İnteqra" Qrupu idarə heyəti sədrinin birinci müavini Mark Sadıxovun sözlərinə görə, şirkət bölmələrindən biri "Smit Evraziya"nın bölməsi qismində Azərbaycanda kifayət qədər çoxdan işləyir. Sadıxov şirkətin ənənəvi olaraq Azərbaycanda bazara malik olduğunu və həm avadanlıq tədarükü, həm də servis sifarişlərinin yerinə yetirilməsi ilə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycandakı biznes iki böyük bloka - offşor və onşora ayrılır. "Şübhəsiz, biz böyük həcmə malikik və bu həcmləri həm qərb operatorları, həm də Azərbaycanın milli neft şirkətinə genişləndirmək arzumuz var. Hazırda biz qazma menecmenti üzrə böyük layihəyə başlayırıq. Ötən il isə Azərbaycanda seysmiklik üzrə çox uğurlu layihə həyata keçirmişik", - Sadıxov əlavə edib.

"İnteqra" idarə heyəti sədrinin birinci müavini qeyd edib ki, şirkətin Azərbaycanda fəaliyyətini genişləndirməsi üçün planlar çoxdur. Bu Azərbaycanın Sovet İttifaqı zamanında iri mərkəz olması və tədricən neft seqmenti avadanlığının istehsalına qaytıması ilə bağlıdır. Bununla yanaşı onun sözlərinə görə, son illərdə Azərbaycanda offşor çox fəal inkişaf edib və məhsulun bölünməsi üzrə yatırılmış kapitalın geri qaytarılması baş verib. "Müvafiq olaraq Azərbaycanın əldə edilən neftdə payı bir neçə dəfə artıb, ARDNŞ öz istehsal obyektləri ilə birlikdə həm dənizdə, həm də quruda güclü inkişafa başlayıb. Təbii ki, bizim üçün böyük bazar, əməkdaşlıq üçün böyük perspektivlər açılır və biz Azərbaycanda işləməkdə maraqlıyıq", - M.Sadıxov bildirib.

"İnteqra" şirkətinin satış üzrə vitse-prezidenti Valeri Bessel əlavə edib ki, nümayəndəlik şəbəkələrinin yaradılmasının məqsədi MDB bazarında bütün xidmətlər kompleksinin irəliləməsidir. Bu həmin ölkələrdə fəaliyyətin genişləndirilməsi üçün bazarın öyrənilməsi və analizidir. "Sahədə liderliyin qazanılması, biznesin effektliliyinin və onun diversifikasiyasının artırılması Qrupunun MBD-də biznes-ekspansiyasının əsas tərkib hissələridir", - Bessel qeyd edib.

Xəbər lenti

Xəbər lenti