...

Azərbaycan Dövlət Neft Fondunun dövlət büdcəsinə köçürmələri üç dəfə arta bilər

Energetika Materials 29 Aprel 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir İ. Xəlilova / Azərbaycanın Maliyyə Nazirliyi 2008-ci ilin büdcə proqnozlarına düzəliş çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə köçürmələrin 3,5 dəfə artırılmasını təklif edib. Bu barədə çərşənbə axşamı hökumətdən bildiriblər.

ARDNF -dan xəzinəyə ayırmalar 1,1 mlrd. manatdan 3,8 mlrd. manata qədər artacaq. Bu cür imkanlar fond gəlirlərinin artması ilə əlaqədar yaranıb. Belə ki, cari ilin sonunadək fond gəlirlərinin 10 mlrd. manat səviyyəsində olacağı gözlənilir. Neft Fondu gəlirlərinin təxminən üç dəfə artması dünya bazarlarında neftin qiymət artımı və ölkənin ixrac imkanlarının genişlənməsi ilə izah olunur.

Bu il üçün təsdiq olunan büdcəyə görə, fondun gəlirləri 3 609 361 min manat, xərcləri isə 1 680 853,6 min manat səviyyəsində müəyyən olunub.

Cari ilin sonuna qədər Neft Fondunun aktivləri aprelin 1-nə olan 2775 mln. manata ($3 335,8 mln) nisbətdə 9-10 mlrd. manata çata bilər.

ARDNF büdcəsinə düzəliş çərçivəsində həmçinin Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə dividentlər dəqiqləşdirilir.

"2007-ci ilin yekunu üzrə boru kəmərinin istismarından daxil olamları biz artıq almışıq. Lakin 2008-ci ilin yekunu üçün gözlənilən daxil olmalar üzrə hesablamalar aparılır ki, bu da həmçinin fond büdcəsinin gəlir hissəsinə daxil edilə bilər", - deyə fondun icraçı direktou Şahmar Mövsümov bu yaxınlarda bildirib.

Proqnozlara görə, fonda daxil olmaların böyük hissəsi (90 faizdən çoxu) mənfəət neftinin satışından gözlənilir. Təsdiq olunan prqnozlara görə, həyata keçirilən neft müqavilələrindən əldə olunan gəlirlər 3 473 109,6 min manat, o cümlədən Bakı-Tbilisi-Cehan layihəsi üzrə dividendlərdən isə 13 423,2 min manat səviyyəsində gözlənilir. Neft Fondu vəsaitlərinin idarə olunmasından gəlirlilik 121 928,2 min manat, digər gəlirlər isə 900 min manat səviyyəsində gözlənilir.

Neft Fondunun xərclər strukturunda qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərə 145 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması üzrə layihələrə 120 600 min manat, Oğuz-Qəbələ zonasından Bakıya su kəmərinin çəkilməsi layihəsinə 211 820 min manat, Bakı-Tbilisi-Qars dəmir yolu magistralı üçün 88 682 min manat, xaricdə Azərbaycan gənclərinin təhsili üzrə Dövlət Proqramına isə 5 mln. manat vəsait ayrılıb.

Neft Fondu gəlirlərinin idarə olunması üçün xərclər 9 751,6 min manat həcmində planlaşdırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti