...

Cari ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi üzrə əsas xərclər 87 milyon dollara qədər azalacaq

Energetika Materials 29 Aprel 2008 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir S. Əliyev/ Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi üzrə əsas xərclər 2007-ci ilin 154 mln. dollarına nisbətdə cari ildə 87 mln. dollara qədər azalacaq. Bu barədə çərşənbə axşamı layihənin operatoru olan "BP Azerbaijan"dan məlumat verilib.

BTC üzrə nəql olunan ən yüksək birgünlük həcm bu il yanvarın 4-də qeydə alınıb - 932,399 min barel. Hazırda boru kəməri üzrə məhsul ixracının həcmi sutkada 850 min bareldən çox təşkil edir. Cari ilin sonuna qədər BTC üzrə sutkada bir mln. barel neftin (ildə təxminən 50 mln. ton) ixrac olunacağı gözlənilir.

Bu günə qədər Türkiyənin Ceyhan limanından 453 tankerə təxminən 356 mln. barel (təxminən 48 mln. ton) neft yüklənib. Neft bu limana BTC vasitəsilə çatdırılır.

Hazırda BTC üzrə yalnız "Azəri-Çıraq-Günəşli" yatağı və "Şah dəniz" kondensatından çıxarılan yüngül neftin ixrac olunmasına baxmayaraq, gələcəkdə Şimali Xəzər yataqlarından hasil ediləcək məhsulların da bu həcmə əlavə ediləcəyi gözlənilir.

"BTC Co"nun səhmdarları: BP (30,1 faiz); "AzBTC" (25 faiz); "Chevron" (8,9 faiz); "StatoilHydro" (8,71 faiz); "TRAO" (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,5 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Hess" (2,36 faiz).

.

Xəbər lenti

Xəbər lenti