...

BP Azərbaycanda qaz-kondensat yatağının işlənməsi üzrə kapital xərclərini üçdə bir dəfə artıracaq

Energetika Materials 29 Aprel 2008 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel/ Trend , müxbir S.Əliyev/2008-ci ildə Xəzərin Azərbaycan sektorundakı qaz-kondensat yatağının işlənməsini nəzərdə tutan "Şahdəniz" layihəsi üzrə istismar xərcləri $123 mln., kapital xərcləri isə $496 mln. təşkil edəcək. Bu barədə çərşənbə axşamı layihənin operatoru olan BP Azerbaijan şirkətindən məlumat veriblər. 2007-ci ildə layihə üzrə istismar xərcləri $170 mln. , kapital xərcləri isə $364 mln. təşkil edib.

İlin əvvəlindən "Şahdəniz" yatağından bütün dörd qabaqlayıcı quyu üzrə sabit hasilat aparılıb və məhsul Azərbaycan, Gürcüstan və Türkiyə ilə sərhəddəki ötürmə məntəqələrinə çatdırılıb. Hazırda "Şahdəniz" qazı ("Mərhələ-1 layihəsi çərçivəsində) Azərbaycana, Gürcüstan neft-qaz korporasiyasına (Gürcüstan), BOTAS və BTC Co Şirkətinə (qazdan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin nasos stansiyalarının işi üçün yanacaq kimi istifadə edir) satılır.

2007-ci ildə yataqdan 3,1 mlrd. kubmetr qaz və 0,8 mln. ton kondensat hasil edilib. 2008-ci ildə "Şahdəniz" yatağından 7,7 mlrd. kubmetr qaz və 1,9 mln. ton kondensat hasil etmək planlaşdırılır.

Hazırda "Şahdəniz"də hasilat dörd quyudan sutkada təqribən 19,8 mln. kubmetr qaz və sutkada təqribən 40 min barel kondensat təşkil edir. Bu il və növbəti ildə platformadan qazılmış yeni quyular istismara verildikcə hasilat artacaq. "Mərhələ-1" çərçivəsində sabit hasilat dövrü ərzində hasilat sutkada 8,6 mlrd. kubmetr qaz və təqribən 45 min barel kondensat təşkil edəcək.

"Şahdəniz" yatağından hasil edilən qaz Cənubi Qafqaz Boru kəməri (SCP) ilə alıcılara ixrac edilir. 2007-ci ildə SCP üzrə kapital xərcləri $64 mln. təşkil edib. Proqnozlara əsasən, 2008-ci ildə SCP üzrə kapital xərcləri $35 mln. təşkil edəcək.

Boru kəməri 2006-cı ilin sonundan istismar edilir. Qaz bu kəmərlə "Şahdəniz"dən Azərbaycan və Gürcüstana, 2007-ci ildən isə "Mərhələ-1" çərçivəsində Türkiyəyə nəql edilir. SCP layihəsində ikili operatorluq mövcuddur: BP Cənubi Qafqaz qaz kəmərinin tikintisi və istismarına cavabdeh olan texniki operator, Norveçin StatoilHydro şirkəti isə kommersiya operatoru kimi biznesin inkişafı və SCP-nin inzibati məsələlərinə cavab verir.

"Şahdəniz" layihəsi üzrə layihənin iştirakçıları: BP (operator-25,5%), "StatoilHydro " (25,5%), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ 10%), "LUKAgip" (10% ), NİCO (10%), "Total"(l0%), və TRAO (9%) şirkətləridir.

Cənubi-Qafqaz boru kəməri üzrə: BP (texniki operator - 25,5 faiz), StatoilHydro (kommersiya operatoru - 25,5 faiz), Azerbaijan SCP Ltd. (10 faiz), LUKOIL (10 faiz), NICO (10 faiz), Total (10 faiz) və TPAO (9 faiz).

Xəbər lenti

Xəbər lenti